Alimlər hələ də bu dairələrin əsl səbəbini tapmayıb
Yusif Nəzərli
10:47 05.11.2021
Relaks
720
Planetin peykdən çəkilmiş fotosunda görünən halqalar elm dünyasında həyəcan yaradıb. Maraqlı fərziyyələr, mülahizələr yürüdən alimlər hələ də bu dairələrin əsl səbəbini tapmayıb. “Milliyyet.com”da yer alan xəbərdə bildirilir ki, ilk dairələr Afrikanın Namibiya Gölü ətrafında görünmüşdü. Halqaların diametri 2-15 metr arasında dəyişirdi.
Halqalar inanılmaz dərəcədə simmetrik şəkildə idi. Bölgə xalqı bu halqaları “Tanrının ayaq izləri” adlandırırdı. Belə rəvayətlər də vardı ki, yerin altında bir əjdəha yaşayır, o, nəfəs alıb-verdikcə halqalar yaranır. Amma həqiqət başqadır. Hamburq Universitetindən Norbert Juergens apardığı tədqiqat zamanı bir termit növünün (ağ qarışqalara bənzər həşəratlar) bu halqaların içində yaşayan tək canlı olduğunu və qarışqaların halqaların içindəki bitkilərin kökləri ilə bəsləndiyini müəyyən etdi. Juergens “pəri halqaları”nın qarışqaların yaşam tərzi ilə əlaqəli bir ekosistem olduğunu düşünür. Lakin bu, yalnız bir mülahizə olaraq qalır. İsraildəki Ben Gurion Universitetinin alimi Yuval Zelnik qarışqa əvəzinə bitki mülahizəsini ortaya qoyub. Onun fikrincə, böyük gövdəli bəzi bitkilər kiçiklərin suya yetişməsinin qarşısın alır, halqaların içinin bitkisiz qalması da bu üzdən baş verir. Quraqlıq zamanı bitkilər arasındakı bu mübarizə daha da güclənir. Və halqalar da bu səbəbdən böyüyür. Yağıntılar çoxaldıqda isə bu mübarizə də sonlanır və halqalar itməyə və kiçilməyə başlayır. “Pəri halqaları” ilə bağlı Güney Afrika Pretoria Universiteti və Sankt-Peterburqdakı İTMO Universitetində də təhqiqatlar aparılıb. İTMO Universitetinin professoru Marion Meyeri bildirir ki, halqaları əmələ gətirən euphorbia bitkisidir. Bu bitkinin budaqlarından bəyaz, yapışqan, toksik tərkibli maddə sızır. Halqaların yaranmasına səbəb torpaq kimyası, bioloji toksitlərdir. Qəribə burasıdır ki, “pəri halqaları” Afrikadan sonra Avstraliyada da üzə çıxıb. Halqaların içindəki torpaq qatı isə fərqlidir. Afrikadakı torpaq qatı qumlu, Avstraliyadakı isə daha sərtdir. Bu da yeni tədqiqatlara əsas verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil