Bayden uşaqlara sarıldı və söz verdi
Yusif Nəzərli
07:40 17.12.2021
Relaks
718
Prezident qasırğanın xaraba qoyduğu bölgəyə gedib
ABŞ Prezidenti Co Bayden Kentukki ştatına gedib və 74 nəfərin ölümünə səbəb olan qasırğanın xaraba qoyduğu Dawson Springs qəsəbəsini ziyarət edib. Qəsəbədə Baydenin diqqətini zərər görmüş, lakin bütöv qalmış dövlət bayrağını əlində tutan 12 yaşlı Rayliee cəlb edib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Prezident uşağa yaxınlaşaraq onunla salamlaşıb, onu, həmçinin fəlakətdən sağ çıxmış digər vətəndaşları da qucaqlayaraq bağrına basıb. Bu təsirli səhnəni əks etdirən fotolar "Associated Press" (AP) foto muhabiri Andrew Harnik tərəfindən paylaşılıb. Bayden qəsəbə sakinləri qarşısında çıxış edib, fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal hökumətin lazım olan addımları atacağını, bütün xərclərin 1 ay ərzində qarşılanacağını bildirib. Qasırğadan zərər görənlərə psixoloji dəstək də göstəriləcək. Bayden çıxışında “birləşəcəyik, əvvəlkindən daha güclü olacağıq, söz verirəm, hamımız sizin yanınızdayıq”, deyib. 12 Rayliee barəsində isə “bu sanki müharibədən çıxmış komandirdir” ifadəsini işlədib. Prezidentin həmçinin fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə büdcə gəlirlərinə ehtiyac olmadığını da deyib. Dawson Springs bələdiyyə başqanı Chris Smiley qəsəbənin 75 faizinin xəritədən silindiyini, 100 nəfərin taleyinin hələ də naməlum qaldığını, ölənlər arasında 2 aylıq körpənin də olduğunu acı təəssüflə xatırladıb. C.Bayden qasırğadan ağır zərər görmüş Mayfield qəsəbəsini də ziyarət edib. C.Bayden Kentukki, Tennessee və İllinoys ştatlarını federal fəlakət bölgəsi elan edib. Qasırğada tələf olanların ümumi sayı isə 88 nəfərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region