Dünyadakı cənnət 2050-ci ildə yox olacaq!
Yusif Nəzərli
03:20 06.11.2021
Relaks
879
NASA dünyanı gözləyən fəlakəti elan etdi
NASA və USGS (ABŞ Geoloji Araşdırma Departamenti) araşdırmasına görə, hazırkı qlobal istiləşmə davam edərsə qarşıdakı 25 il ərzində Maldiv adalarının 80 faizi yox olacaq. Maldivlər 2050-ci ilədək yaşayış üçün uyğunsuz vəziyyətə gələcək. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, bu haqda ABC News məlumat yayıb. Məlumatda qeyd olunur ki, NASA və USGS apardığı təhqiqat iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi, 1192 ada üzərində dayanan Maldivlərin gələcəyini təhdid edir. Bu gedişlə maldivlər 2050-ci ildə yer üzündən silinə bilər. Maldivlərin Prezidenti İbrahim Mühammed Salih BMT-nin 26-cı İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı adaların bir-bir sular altında qaldığını söyləyib: “Bu gedişatı dayandırmasaq, Maldivlər əsrin sonunadək yox olacaq”. Adaların 90 faizində artıq eroziya başlayıb, 97 faizində isə şirin su ehtiyatları tükənmək üzrədir. Mütəxəssislər hesab edir ki, dünyadakı cənnəti – Maldivləri xilas etmək üçün təcili surətdə beynəlxalq səviyyədə çalışmalara başlanmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial