
Dünyanı heyrətə salan türk qadın
Yusif Nəzərli
08:29 12.01.2022
Relaks
670
Sabiha Rifat “ilk”lərlə adını tarixə yazdı
Mühəndislik məktəbinin ilk qadın tələbəsi Sabiha Rifat Gürayman qadınların adı belə çəkilməyən dönəmdə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əbədi uyuduğu Anıtqəbirdə ilk qadın, həm də baş mühəndis olaraq çalışıb, üstəlik “Fənərbaxça” kişi voleybol komandasının kapitanı olub. Bəli. Doğru duydunuz: məhz kişilərdən ibarət komandanın! “Şərq” dünyanı heyrətə salan işlərə imza atmış türk qadınının həyat hekayəsini “Milliyet.com.tr”yə istinadən oxuculara təqdim edir.

Qadın və ilklər, dedikdə, ilk yada düşən də o olur – Sabiha Rıfat Gürayman! Sabiha Rıfat Türkiyə tarixinin cəsur, qol qoyduğu işlərdə birmənalı müvəffəqiyyət qazanan qadınlarındandı. Sabiha Rıfat 1910-cu ildə Makedoniyada dünyaya gəlib. Atası hərbçi olub. İbtidai təhsilini Beşiktaş Esma Sultan ibtidai təhsil məktəbində, orta sinif təhsilini isə Nişantaşı Qız Məktəbində alıb. Sonra isə təhsilini İstanbul Qızlar Liseyində davam etdirib.
Bu, 1927-ci illər idi. O zaman Atatürk qız uşaqlarının təhsilə təşviq edilməsinə çalışırdı. Məhz 1927-ci ildə Atatürk hazırda İstanbul Texniki Universiteti olaraq tanınan Mühəndis Məktəbinə qız tələbələrin də qəbul edilməsini təklif etmişdi. Sabiha Rifat da rəfiqəsi Mələk Ertuğ ilə imtahanlara qatılır və məktəbə daxil olur. 350 oğlan tələbənin təhsil aldığı məktəbdə cəmi 2 qız tələbə olur – Sabiha və Mələk. Asan deyildi. Məktəbdə çox zaman psixoloji basqılara məruz qalırdılar. Amma qızlar dirəniş göstərirdi. Təhsil almaqla yanaşı Sabiha idmana da maraq göstərir və voleybol oynayırmış. Voleybolda bacarıqlı olduğuna görə onu komandaya qəbul edirlər. Lakin bu, oğlanlardan ibarət komanda idi. O zaman Türkiyədə qadın voleybol komandası yox idi. Burda da bəzən təzyiqlərə, oğanların yersiz atmacalarına məruz qalsa da, oyuna köklənib. İş o yerə çatdı ki, Sabiha kişi voleybol komandasının kapitanı seçilib.
1929-cu ildə “Fənərbaxça” voleybol komandası İstanbul çempionu adını qazananda komandanın kapitanı məhz Sabiha Rıfat idi. 1933-cü ildə Mühəndis Məktəbindən məzun olub. Və Ankara bandırlıq Baş Mühəndisliyinə təyinat alıb. Sabiha Rıfat Yüksək Mühəndis Məktəbinin nümunəvi məzunu olaraq şəhər kənarındakı layihələr üzrə işə cəlb edilir. Və Ankaradakı bir körpü tikintisində çalışmağa başlayır. İşlədiyi yerin – Bəybazarı Köyünün əhalisi onu çox sevdi, körpünün tikintisi tamamlandıqda körpüyə “Qız Körpüsü” adı verildi. 1939-cu ildə Rəmzi Güraymanla ailə qurdu.
1941-ci ildə Türkiyə Böyük Millət Məclisi inşaatlarının nəzarət müdiri oldu. Məsləyində uğur pillələrini bir-bir qalxmağa başladı. 35 yaşında Anıtqəbir İnşaatı baş mühəndisi oldu. Bu vəzifədə 10 il çalışdı. Sabiha Rıfat Atatürkün qız uşaqlarının təhsilinə açdığı yolda addımlamışdı.
Həyatda əldə etdiyi uğurlara görə Atatürkə borclu idi. Millət atasına vəfa borcunu onun Anıtqəbirində çalışmaqla ödədi. Anıtqəbir inşaatında bir qadının baş mühəndis olaraq çalışması dünyanı heyrətə saldı. O zaman Anıtqəbiri ziyarət edən Yunanıstan baş naziri Venizelos Sabiha Rıfata “ilk dəfədir ki, belə bir məsuliyyətli işin başında qadın görürəm. Sizi ürəkdən təbrik edirəm”, söyləyib.
Onun sonuncu iş yeri Milli Təhsil Bakanlığında Texniki müşavirlik heyətində üzvlük olub. 1963-cü ildə təqaüdə çıxıb. Sabiha Rıfat Gürayman 2003-cü ildə 93 yaşında vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya
İran genişmiqyaslı müharibəyə tam hazırdır - Politoloq
17:09 28.03.2026
Gündəm
İran İsrailin bu şəhərini vurdu
16:55 28.03.2026
Dünya
Müharibənin bölgə ölkələrinə yayılması... - Fidan
16:43 28.03.2026
Region
Paşinyan tezliklə Rusiyaya səfər edəcək
16:18 28.03.2026
Cəmiyyət