Hələ də sirdir
Məlahət Rzayeva
09:23 19.06.2021
Relaks
9392
Bu şəhər dağın zirvəsində necə qurulub, aydın deyil
Maçu Pikçu bir neçə yüz illik tarixə malik olmasına rəğmən müasir dünya insanını cəlb etməkdədir. Bu şəhər Latın Amerikasında – Peruda, And dağlarının 2.430 metr yüksəkliyində yerləşir və bölgənin ən qədim yaşayış məskənlərindən biridir. Maçu Pikçu YUNECKO siyahısına daxildir və “Dünyanın yeni 7 möcüzəsi”ndən biri hesab edilir. Türkiyə mediası bu cazibədar şəhər haqqında məlumatlara yer verib. Şəhərin XV əsrdə inka tayfası tərəfindən qurulduğu ehtimal edilir.
Amma şəhər belə bir yüksəklikdə necə qurulub, evlər necə tikilib, əhali necə yaşayıb... hələ də sirr olaraq qalır. Şəhər niyə, hansı səbəbdən dağın dik, hündür yamacında qurulub, evlərin tikintisində istifadə edilən daşlar belə bir yüksəkliyə necə daşınıb...
Suallar çox, cavablarsa azdır. Mülahizələrsə genişdir. Hətta Misir piramidaları kimi, bu şəhərin tikintisində yadplanetlilərin iştirakı haqqında fərziyyələr də dolaşır. Lakin dəqiq olan budur ki, şəhər insanlar tərəfindən qurulub, evlər də insanların əl əməyinin nəticəsidir.
Əhali şəhəri yerli imkanlarla ərsəyə gətirib. Buradakı evlər özünəməxsus quruluşdadır. Küçələr, səkilər dağ relyefinə uyğundur. Əhalinin məişəti barədə məlumatları azdır. Nə yeyib, nə içirlər? Məlum olan budur ki, bölgədə lamalar yaşayır. Lamalar bölgədə rahatca gəzişir, yəqin ki, yerli xalq onlardan yararlanır. Ətindən, südündən, yunundan...
İnkişaf etmiş kommunikasiya vasitələrinin olmasına rəğmən Maçu Pikçu gedib-çıxmaq çox çətindir. Buna baxmayaraq turistlər üçün bu bölgə cazibədarlığını itirmir və hər nə qədər çətin olsa da, şəhərin yerləşdiyi yüksəkliyə can atırlar.
Şəhərin tarixi barədə maraqlı məlumatlardan biri də budur ki, Maçu Pikçu XX əsrdə bir səyyah tərəfindən təsadüfən kəşf edilib. Amerika kəşf edildikdən sonra da avropalı müstəmləkəçilər belə bir şəhərin varlığından yüz illər boyunca xəbərsiz olublar. Bu mənada şəhərin bəxti gətirib. İnka qəbiləsinin qurduğu şəhər yerli xalqın mədəni irsinin ən mükəmməl nümunəsi olaraq günümüzədək salamat qala bilib.
XV əsrdən XX əsrin əvvəllərinədək şəhər təbii yaşam tərzini sürdürüb, xarici aləmlə hər hansı bir bağlantısı olmayıb. Buna səbəb kimi yüksəkliyə gediş-gəlişin xeyli çətin olması, yerli xalqın da kənar aləmlə çox da maraqlanmaması göstərilir. Onların yanına çıxmaq çətinliyi öz yerində, yerli xalq da aşağı enməyə ilgi göstərməyib.
Bura bütün Latın Amerikasının ən çox maraq edilən və ən çox ziyarətçi qəbul edən bölgəsidir. Pandemiya dövründə isə ümumən Peruda yoluxma sayı kəskin həddə çatsa da, bu şəhər mühafizə olunub və qapalı saxlanılıb.
Şəhərə aylar sonra daxil ola bilən yeganə insan bir yapon turistdir. Yapon turist 8 ay Peruda qalıb, bu möcüzəli bölgəni ziyarət etməmiş geri dönmək istəməyib. 8 aydan sonra nəhayət şəhərə giriş icazəsi ala bilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol