Süni intellekt TV aparıcısı oldu:robotlar efirə ayaq açır
Yusif Nəzərli
19:24 21.04.2023
Relaks
1464
Türkiyədə süni intellekt texnologiyasından istifadə edilməklə robot tv aparıcılardan istifadəyə başlanıb. NTV.com.tr-in xəbərinə görə, robot aparıcı – spiker gündəmin xəbərlərini tamaşaçılara çatdırıb. Bu o deməkdir ki, süni intellekt artıq efirlərə ayaq açır. Və bu gedişlə efirdə canlılara – insan tv-aparıcılara ehtiyac qalmayacaq artıq. “Alexa” adı verilmiş robot-aparıcı sosial media üzərindən robotvmedia kanalında aparıcılıq edir.
Robot-aparıcı həm yerli, həm də dünyada baş verənlər barədə məlumatları görüntülərlə birgə çatdırır. Alexa Türkiyədəki seçki gündəmindən, “son dəqiqə” xəbərləri və iqtisadiyyatdan tutmuş texnoloji yeniliklərə qədər hər növ informasiyanı paylaşır. Alexa xəbər buraxılışlarında qiyafətlərini, saç düzümünü tez-tez dəyişir, makiyajını təzələyir, fərqli görkəmlərdə tamaşaçılar qarşısına “çıxır”. Müəlliflərin dediyinə görə, bu layihə klassik medianı gələcəyin texnologiyası süni intellektlə birləşdirmək, daha da cəlbedici etmək məqsədi daşıyır. Robot aparıcı Türkiyədə ilk hadisə sayılır. Lakin bundan öncə, təxminən bir neçə gün əvvəl Küveyt televiziyası robot aparıcıdan istifadə edib. Süni intellekt Küveytin aparıcı media quruluşunun siması olub. “Kuwait News” "Fədha" adlı süni intellekt - xəbər aparıcısının xəbər bülletenlərini tviter üzərindən tamaşaçılara çatdıracağını bildirib. Bununla süni intellektin daha bir yeni və fərqli bacarığının təqdim edildiyi vurğulanıb. Qısa zamanda “Fədha” onlayn medianın əsas simasına çevrilib. Robot-aparıcı ərəb dilində “Mən Fədha, “Kuwait News”da süni intellektlə çalışan ilk spikerəm. Hansı kateqoriya xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi öyrənmək istəyirəm”, deyə özünü təqdim edir. “Kuwait News” və “Kuwait Times”in baş direktor müavini Abdullah Boftain isə deyib ki, “Fədha” izləyicilərə yeni və tamamilə fərqli seçimlər təqdim etmək bacarığına sahibdir. O, geniş potensiala malikdir. Boftain “Fədha”nın sarı saçları, mavi gözlərinin ümumilikdə Küveytdəki əhali müxtəlifliyini – hər kəsi təmsil etdiyini deyib. Bununla yanaşı, “Fədha”ya münasibət birmənalı müsbət deyil. Qəzetçilər “Fədha”nın 13 saniyəlik videosunu təpki ilə qarşılayıb, bu hadisə sosial mediada ciddi müzakirələrə səbəb olub. Qəzetçilər hesab edir ki, süni intellekt inkişafla birlikdə dezinformasiyaların yayılması təhlükəsini də özüylə gətirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya