Tələbə adından sərvət topladı
Yusif Nəzərli
00:26 11.12.2021
Relaks
912
48 yaşlı ana 22 yaşlı qızının adından istifadə edib
“Independent Türkçə” xəbər verir ki, ABŞ-ın Mussusi ştatında 48 yaşlı Laura Oglesby 2 il ərzində özünü universitet tələbəsi kimi təqdim edib. Universitetdən kredit şəklində maliyyə yardımı alıb. Bu, Lauranın 22 yaşlı qızı Lauren Ashleigh Haysın şəxsiyyət vəsiqəsini oğurlayıb istifadə etməsi nəticəsində olub. 48 yaşlı ana qızının şəxsiyyət vəsiqəsindən istifadə edərək universitet tələbəsi kimi kitabxanada işə də düzəlib.
Hətta iş yerində onu həqiqətən 22 yaşlı gənc qız hesab edən sevgililəri də olub. Qadın qızının sənədi ilə sosial müdafiə qurumunu da aldadaraq 25 min dollar mənimsəyib.
Bazar ertəsi keçirilən məhkəmədə qadın günahını etiraf edib. Məhkəmə qadın barəsində 5 il həbs cəzası qərarı çıxarıb. Məhkəmənin qərarı ilə qadın Southwest Baptist Universitetinə və qızı Laurenə ümumilikdə 17 min 521 dollar təzminat ödəməlidir.
“New-York Times”ə danışan polis rəisi Jamie Perkins “buna hər kəs inanmış. Hətta 22 yaşında olduğuna inanan oğlan dostları belə varmış”, deyib. Qadın isə məhkəmədə ailədaxili şiddət gördüyü üçün evdən qaçıb Missuri ştatına gəldiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi