Türkiyə tarixində ilk yaşandı
Yusif Nəzərli
15:15 20.11.2021
Relaks
649
Mustafa Kamal Atatürkün polad heykəli 6 aya tamamlanıb
Bursada metaldan sənət nümunələri hazırlanan atelyenin sahibi Rıdvan Sevim Mustafa Kamal Atatürkün frak geyimli, qara perelinli (qolsuz iri yaxalıqlı üst geyimi) və silindrli fotosunu olduğu kimi polad heykələ köçürüb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, belə bir heykəl Türkiyə tarixində ilkdir. Bundan əvvəl də R.Sevim bir çox sosial layihələrdə iştirak edib, metal heykəllər düzəldib.
Atatürkün heykəlini də modern sənət üsulu ilə hazırlayıb. Heykəlin hazırlanmasında parlaq və paslanmayan poladdan istifadə edilib. 2 metrə yaxın hündürlükdə, 1700 kiloqram ağırlığında polad heykəl 6 ayda tamamlanıb. R.Sevim deyib ki, illərdir Mustafa Kamal Paşanın heykəlini düzəltməyi planlaşdırırdı, amma bu heykəlin indiyədək hazırlananlardan, mövcud olanlardan tamam fərqli görünməsini istəyib və bunun üzərində düşünüb: “Qərara aldım ki, Qazi Mustafa Kamal Paşanın heykəlini modern üslubda hazırlayım. Çünki Atatürk deyincə, ağla gələn məhz yenilikçilik olur. Əsas məsələlərdən biri də hazırlanacaq heykəlin Atatürkün heybətini də əks etdirməsiydi. 3 ay yarım heykəlin eskizini hazırladıq. Pelerindəki dalğalar, parçanın qatları, şalvarının ütü xətti, Atatürkün yerişi, dik duruşu... hər şey olduğu kimi görünməliydi. Heykələ baxanlar bunları görməliydi. Heykəlin hazırlanmasında 5 mm.lik paslanmayan inoks lövhələrdən istifadə etdik. Heykəl 190 parçadan ibarətdir. 1 ton 700 kiloqram ağırlığındadır. 6 ay ərzində işi tamamladıq. Polad lövhələr Atatürkün əzəmətini məncə, əks etdirə bilib. Möhtəşəm görünür”. R.Sevim deyib ki, Atatürkün başqa heykəllərini də hazırlayacaq. Buna “heykəllər seriyası” da demək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil