
Bakı ağacsız və səkisiz şəhərə çevrilib
03:24 25.07.2025
Sosial
309
Özbaşınalıqdır - ağacları bilərəkdən kəsib, qurudub yerində kafe, restoran tikirlər
“Ağacların dibinin asfaltlanması ilk hadisə deyil, sonuncu olacaqmı, buna da ümid çox azdır”
Paytaxtda ağaclara qarşı növbəti dəfə vandalizm aktı törədilib. Həm də yayın bu qızmar günlərində insanların ağac kölgəsini tutiyə kimi axtardığı bir vaxtda. Ağacların dibinin asfaltlanmasını əks etdirən video sosial şəbəkədə də yayılıb.
Bakupost.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Hidayətzadə küçəsində qeydə alınıb. Qeyd edilib ki, işlər gecə saatlarında həyata keçirilib. Diqqət çəkən məqamlardan biri də kadrlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük avtomobilinin düşməsi olub. İddia olunub ki, ərazidəki işləri qurumun əməkdaşları həyata keçiriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Oxu.az-a bildirib ki, işlər müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib. "İyulun 23-də sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal AAYDA tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd edilən ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib. Agentliyin İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb ediliblər, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb", - deyə A.Nəcəfli bildirib.
Ekoloq qeyd edib ki, ağaclar, meşələr təkcə təbiətin ağ ciyərləri deyil, həm də biz insanların ağ ciyərləridir. İnsan nə qədər nadan olmalıdır ki, ağacları kəsərək öz ölümünə fərman versin.

Sosioloq, “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri Elçin Bayramlı da Sherg.az-a açıqlamasında qeyd edib ki, ağacların dibinin asfaltlanması ilk hadisə deyil, sonuncu olacaqmı, buna da ümid çox azdır:
- Bakının ekoloji problemi əsasən ağacların, yaşıllıqların bilərəkdən, qəsdən məhv edilməsi, istismar müddətini başa vurmuş avtomobillərin, avtobusların mühərrikindən çıxan zərərli qazların havaya ötürülməsi, zibilliklər, üfunət qoxuyan gölməçələrdir. Mən bunu dəfələrlə demişəm ki, paytaxtımız yalnız hündürmərtəbəli evlərdən, plastiklə üzlənmiş obyektlərdən ibarət ağacsız və səkisiz şəhərə çevrilib. Sahibkarlar, bəzi qurumlar nə istəyirlər, edirlər. Səkiləri zəbt edib obyekt tikən kim, səkiləri, yol kənarlarını “parkovka”ya çevirən kim, ağacları bilərəkdən kəsib, qurudub yerində kafe, restoran üçün açıq sahə əldə edən kim... Özbaşınalıqdır. Sosial şəbəkədə məlumat paylaşılanda isə əl-ayağa düşürlər, guya ki, xəbərləri yoxdur. Necə ola bilər ki, dövlət qurumunun tabeliyində olan hansısa idarə özbaşına iş görsün? İcazə alırlar, xəbər də verirlər, başçılar tərəfindən qeyri-rəsmi formada onlara deyilir ki, gedin, işinizi görün. Paytaxtın əhalisi sürətlə artır, yaşıllıqların, ağacların sayı sürətlə azalır. Əgər indiyədək hər yeni tikilinin önündə 2-3 ağac əkilsəydi, indi şəhərimiz necə də yaşıllıqlar içində olardı. Belə bir şərt qoyulmalıydı inşaat şirkətlərinin qarşısında. Amma tərsinə olub. Ağacları kəsib yerində bina, obyekt tikiblər. Paytaxtımızın havasının sərin, iqliminin sağlam olmasını istəyirksə, böyük yaşıllaşdırma aksiyaları keçirilməli, bütün mümkün yerlərdə ağaclar əkilməli, ağac kəsənlər ciddi şəkildə cəzalandırılmalı, yüksək məbləğdə cərimə edilməlidir ki, bir daha belə bir vandalizm aktına əl atmağa cürət etməsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya