"Kiçik bir topun sağlamlığımıza nə qədər faydası ola bilər deyə düşünməyin. Bu toplar qan dövranı sistemi xəstəliklərindən, təzyiq xəstəliklərinə qədər sağlamlığınıza müxtəlif faydaları var".
"Sherg.az" xəbər verir ki, bu sözləri şəxsi "Facebook" səhifəsində həkim fizioterapevt-reabilitoloq Ramin Quliyev yazıb. Həkim qeyd edib ki, xüsusilə iş yerlərində davamlı dikdaban geyinmək məcburiyyətində olan qadınlarda irəliləyən zamanlarda sinir və damar xəstəlikləri meydana gəlir. Amma bu topdan daimi istifadə nəticəsində qan dövranı sistemini gözəl bir şəkildə işləyəcək:
"Bu toplardan istifadə baş ağrısına, xüsusilə miqrenə yaxşı təsir göstərir. Hətta Danimarkada baş ağrısı və miqren xəstələri tikanlı top tətbiqləri aldıqdan sonra onlarda nəzərəçarpacaq dərəcədə düzəlmələr müşahidə edilib.
Təcrübə nəticəsində üç ayda 65 faiz insanda simptomlar azalıb, bəzilərində isə heç əlamət qalmayıb".
Həkim bildirib ki, tikanlı topla yüksək təzyiqi nizama salmaq da olur:
"Aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox stressli mühitdə işləyən insanların tikanlı topla ayaq masajından sonra özlərini çox rahat hiss ediblər. Xüsusilə onlar hamilə qadınların ayaqlarında və əllərində olan şişləri azaldır. Onunla bədəndəki şişliyi yox etmək mümkündür".