Lənkəranda təmir sexində yanğın olub

Lənkəranda yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində yerləşən müxtəlif növ əşyaların təmiri sexində qeydə alınıb.
Dərhal əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Fakt araşdırılır.