Stressi azaldan ən sadə vasitələr - Edin, faydasını görün 

Stress həyatımızın olmazsa, olmazıdır. Orqanizmdə stressin səviyyəsinin uzun müddət ərzində yüksək olması çox ziyanlıdır və bir sıra xəstəliklərin inkişafına təkan verə bilər.
Müasir insanların bir çoxu xroniki stress vəziyyətində yaşadıqları üçün ildən ilə müxtəlif xəstəliklərə tutulanların sayı artır, xəstəliklər "cavanlaşır".  Bu səbəbdən orqanizmdə stressin səviyyəsini azaltmaq çox vacibdir.

Bəzi sadə və əlçatan vasitələr orqanizmdə stressin səviyyəsini azaltmağa yardım edə bilər. “Sherg.az” “cnnturk.com”a istinadən bu vasitələrin siyahısını təqdim edir.

“Yox” deməyi öyrənin

Həddindən artıq stresli insanlar özlərini ifadə etməkdə çətinlik çəkə bilərlər. Başqalarının istəklərini rədd edə bilməzlər və "yox" deməkdən çəkinirlər. Buna görə ilk addımımız "yox" deməyi və iş yükünüzü azaltmağı öyrənmək olmalıdır.

Xoşladığınız musiqiyə qulaq asın

Musiqi arterial təzyiqi və stress hormonlarının səviyyəsini aşağı salır, sakitləşdirir.

Bol su için

Stres altında daha çox tərləyirik və ağzımız quruyur. Bu səbəblə yanımızda su olmalıdır. Su içməklə daha yaxşı hiss edə bilərik.

İdmanla məşğul olun.

Mütəxəssislərin fikrinə görə, idman stressin azalması üçün ən yaxşı vasitədir.

Kifayət qədər yatın

Normal yuxu stressi azaldır, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır və əksinə yuxusuzluq və ya natamam yuxu orqanizmdə stress hormonlarının səviyyəsini kəskin qaldırır.  

Zarafat etməyi unutmayın

Gülüş, streslə mübarizə aparan beyin kimyəvi maddələrini sərbəst buraxır. Yaxşı bir gülüş gərgin əzələləri rahatlaşdırır, bədənin daha çox oksigen qəbul etməsinə imkan verir.