İnfeksionist:"...Karantin qaydaları sərtləşdiriləcək"

“İndi yoluxanların sayı əvvəlki dövrə nisbətən artıb, 2000-ə yaxınlaşıb. Buna səbəb karantin qaydalarının yumuşalıdılmasıdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev söyləyib. Ekspertin fikrincə, vətəndaşlarda arxayınlıq yaranıb:

“Pandemiyadan qorunmurlar, bir-birlərinin evlərinə gedib-gəlirlər. Əsas üç qaydaya riayət edilməlidir. Birincisi, maskadan istifadə olunmalıdır. İkincisi, sosial məsafə saxlanılmalıdır.

Üçüncüsü, isə gigiyena qaydalarına əməl olunmalıdır. Bunlar yerinə yetiriləndə yoluxanların sayı azalır. Sadalanan qaydalardan ən vacibi maskadan istifadədir.

Söhbət edərkən insanlarla ən azı bir metr məsafə gözlənilməlidir. Bir də əl-verib görüşmək, təmasda olmaq yoluxmaya gətirib çıxarır. Yəqin ki, karantin qaydaları sərtləşdiriləcək.

Yay fəslinə doğru getdiyimizə baxmayaraq buna ehtiyac olacaq”.