Misirdə ağrılarına çarə axtaranlar masaj salonunda təqdim olunan ilan masajı ilə şəfa tapır. Paytaxt Qahirədə yerləşən salonda ağrılarına dərman axtaranlar 28-dən çox zəhərli olmayan ilanın özlərini masaj etməsinə icazə verirlər.
“Sherg.az”ın “trthaber.com”a istinadən məlumatına görə, müştərilər 30 dəqiqə ərzində ilanlarla birlikdə olmaqdan razıdırlar.
Salonun sahibi Saffet Sedki ilan masajlarının qan dövranını yaxşılaşdırıb, endorfinləri sərbəst buraxarkən əzələ və oynaq ağrılarını azaltdığını bildirir.
Müştərilər 20 və ya 30 dəqiqəlik bir seans üçün 7 dollar ödəyirlər.