Yeməkdən sonra bunları qəti etməyin!

Bəzən yeməkdən sonra adət etdiyimiz vərdişlər sağlamlığımızda ciddi fəsadlara yol aça bilər. 
“Sherg.az” “sozcu.com”a istinadən yeməkdən sonra etməməli olduğumuz məqamları açıqlayır:
Dərhal yatmayın

Yeməkdən dərhal sonra yatmaq həzm sisteminin kifayət qədər işləməməsinə və bağırsaq iltihabına, mədə narahatlığına səbəb olur. Bundan əlavə, yeməkdən dərhal sonra yatmaq kilo almanıza səbəb olur.

Duş qəbul etməyin

Yeməkdən dərhal sonra alınan duş əl və ayaqlara doğru qan axını artırır. Bu vəziyyət həzm sistemi üçün də zərərlidir.

Gəzməyin

Yeməkdən sonra edilən gəzinti yediyimiz yeməyin heç bir faydasının qalmamasına yol açır. Gəzintini 1 saat sonraya saxlamaq daha faydalı olar.

Çay içməyin

Yeməkdən dərhal sonra içilən çay yeməklə birlikdə alınan dəmir mineralının bədən tərəfindən istifadəsini məhdudlaşdırır.

Meyvə yeməyin

Yeməkdən sonra yeyilən meyvə mədənin hava ilə dolmasına səbəb olur.

Siqaret çəkməyin

Mütəxəssislərin araşdırmalarına görə, yeməkdən dərhal sonra yandırılan tək bir siqaret 10 siqaret çəkməyə bərabər sayılır. Bu, xərçəng riskini artırır.