Pediatr Vaqif Qarayev açıq havada tibbi maskalardan istifadə etməməklə bağlı fikirlərini açıqlayıb. Sosial şəbəkə üzərindən ediyi paylaşımda həkim bu məsələdə mental dəyərlərimizin bizi məyus duruma düşürəcəyinə diqqət çəkib:
- Qırğındı.... Maska qırğını..."Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də… “Fatı məsələsi”… “Taxmayaq” deyənlər qorunmaq üçün heç bir alternativ səsləndirmir. Mən də düşünürəm ki, açıq havada insanların seyrək olduğu məkanlarda maska taxmamaq olar. Amma biz qaynarqanlı millətik. Küçədə bir tanışımızı görən kimi mütləq qucaqlaşıb öpüşürük. Ortalama 10-15 dəqiqə hal-əhval tuturuq. Faydası oldumu, maskalı-maskasız gəzməyin?! Olmadı! Deməli fərdi və sosial məsuliyyət çox vacibdi. Hər kəs özünü qorumağı bacarmalıdı!
Peyvəndə də lağlağı yanaşırıq. Virusa qalib gəlmiş ədası ilə. Düzgün deyil!