3 milyona yaxın insanın həyatını itirdiyi koronavirus pandemiyası davam etdiyi bir vaxtda ABŞ-ın “Associated Press” Agentliyi Ümumdünya Səhiyyə Təşkilatının hələ də açıqlamadığı sənədi üzə çıxardı. ÜST-ün indiyədək gizlətdiyi nədir? Niyə sənəd açıqlanmır? “Associated Press” sənədi Cenevrədəki bir diplomat sayəsində əldə edib. Çinin Vuhan şəhərindəki canlı heyvan bazarının təcili surətdə qapadılması qərarının olduğunu açıqlayır. ÜST-ün bu qərarı canlı heyvan bazarının koronavirus kimi daha bir çox yoluxucu xəsətəliklərin yayılmasının mənbəyi ola biləcəyi təhülkəsindən qaynaqlanır. Bu səbəblə də ÜST Vuhandakı heyvan bazarının təcili qapadılmasına çağırış edib.
ÜST-ün sənədində “xüsusilə vəhşi məməlilər yeni xəstəliklərin ortaya çıxması üçün böyük risk daşıyır” yazılır. ÜST yetkililəri yanvar ayında koronavirusun qaynağını təsbit etmək üçün Çinə səfər edib.
Və 1 ay ərzində araşdırma aparıblar. Lakin virusun mənbəyinin Vuhan bazarı olduğuna və ya virusun bu bazara hansı yolla ötürüldüyünə dair qəti bir nəticəyə gəlinməyib.
Məlumdur ki, Çin koronavrusun Vuhandan yayılması iddialarını qətiyyətlə rədd edir. ÜST isə buna dair bir fakt ortaya qoya bilmir. O üzdən də hazırlanan sənədin ictimailəşməsi ləngiyir.
Çin hökuməti isə ölkəyə idxal olunan bəzi dondurulmuş ərzaqlarda virus aşkarlandığını bildirir. Sənəddə virusun yarasalar vasitəsilə insanlara ötürüldüyü ehtimalının da zəif olduğu qeyd edilir.
Həmçinin virusun “soyuq zəncir” qida məhsulları vasitəsilə yayıldığına dair şübhələrə də güclü əsaslar tapılmadığı yazılır.
Qısası, ÜST koronvirusun mənbəyini hələ müəyyənləşdirməyib. Bəlkə də, müəyyənləşdirmək istəmir.