“COVİD -19” həyatımızdan çıxmadıqca onun mxətlif tərəfləri, oranizmə vurduğu ziyanlar daha çox öyrənilir. Artıq elm sübut edib ki, koronsvirusa yoluxma və bu xəstəlikdən ölüm halları qadınlara nisbətən kişilərdə yüksək səviyyədədir. Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, kişilər qadınlara nisbətən koronavirus xəstəliyini 50 faiz daha ağır keçirirlər.
Radiologiya üzrə mütəxəssis doktor Günər Sönməzin qeydinə görə, koronavirusdan ölüm halları qadınlarla müqayisədə kişilərdə 100-də 20 faiz daha çox müşahidə edilir. Yeni mülahizəyə əsasən orqanizmin immunsisteminin proteinləri olan sitokinlər X xromosomunun təsiri altındadır. Qadınlarda iki X xromosomu olduğu halda, kişilərdə sadəcə bir X xromosomu var. İki xromosoma malik olmaq protenlərin daha artıq miqdarda “istehsalına” yol açır ki, bu da qadınlara üstünlük verir. Qadınların yaradlış etibarilə estrogen hormonuna sahib olması da immunsistemin gücləndirilməsində onlara əlavə avantaj verir. Mütəxəssis bildirir ki, “COVİD-19”a qarşı ən güclü müdafiə hüceyrələri T lenfositlerdir. Bəyaz dairə şəklində olan bu hüceyrələr immunsistemin xüsusi hərəkət qüvvəsidir. T hüceyrələrin xüsusi növünə “MAİT” deyilir. “MAİT”lər virusu yaxalayıb yox edən hüceyrələrdir. Hər kimdə bu hüceyrələrin miqdarı çoxdursa, virusa qalib gəlir.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Gökçe Dəmir də kişilərdə ölüm hallarının qadınlara nisbətən yüksək müşahidə edildiyini bildirirək tövsiyələrini açıqlayıb:
- Kişilərdə ürək və damar xəstəlikləri daha artıq seyr edilir. “Covid-19”a yoluxanlar arasında orta yaşlı kişilər üstünlük təşkil edir. Peyvəndə qarşı olanların qısırlıqla bağlı əndişələri əsassızdır. Koronavirus peyvəndinin kişilərdə qısırlıq yaratmasına dair ortaya qoyulan arqumentlər doğru deyil. Qısırlıq məsələsi bundan əvvəl də qızılca, göyöskürək (boğmaca), tetanus peyvəndləri üçün də gündəmə gətirilmişdi. “Covid-19” xəstəliyi əsasən damarların iç – daxili divarını təşkil edən hüceyrələri hədəf alır. “Kişilik”yə bağlı damarlar zərər görərsə, problem ortaya çıxır. Bu səbəbdən peyvənd deyil, xəstəliyin özü qısırlığa yol aça bilər.