Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 75 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 668 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 6 076 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 325 435 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 112 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 198 057 nəfər təşkil edir.