“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 19-da yoxlanış məqsədilə götürülən 215 496 testdən 5 480-dı müsbət çıxıb.
Sutka ərzində 4 195 nəfər sağalaraq evə buraxılıb.
Bugünədək virusdan sağalanların ümumi sayı 5 228 419 nəfərə yüksəlib.
Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 829 nəfərdir.
Pandemiyadan vəfat edənlərin ümumi sayı isə 49 122 nəfər təşkil edib.