“Omikron ştammı rəsmi şəkildə Azərbaycanda tapılmayıb”.
"Sherg.az" xəbər verir ki, bunu "Elgizlə İzlə" verilişində qonaq olan infeksionist Natiq Əliyev deyib. O qeyd edib ki, Omikronda yoluxduruculuq qabiliyyəti yüksəkdir:
“Yoluxduruculuq göstəricisi 30 dəfə çoxdur. Bu ştamda öldürücülük xüsusiyyəti daha aşağıdır”.
Qeyd edək ki, Omikronun dünyanın 63 ölkəsində yayıldığı təsdiq edilib”.