Bəziləri çox arıqdır, bəziləri artıq çəkiyə malikdir, bəziləri isə nadir xəstəliyə tutulurlar. Söhbət dünyaya gələn, nadir hallarda rastlanan körpələrdən gedir.
"Sherg.az" qəribə körpələri təqdim edir:
İranda doğulan bu körpənin çəkisi 20 kq-dır. Ailəsi doğulanda 3,6 kq olan körpənin sonradan kökəldiyini deyir. Həkimlər saatlarla yemək yeyən körpədə qidalanma pozğunluğuna nəyin səbəb olduğunu bilmirlər.
Bu körpə 2006-cı ildə Hindistanda bir gözlü dünyaya gəlib. Xəstəxana işçiləri uşağın vəziyyətini eksperimental xərçəng dərmanı ilə əlaqələndirirlər. Xəstəxananın yazdığı başqa bir hesabatda isə sözügedən vəziyyətə xromosom pozğunluğunun səbəb ola biləcəyi ifadə edilir.
Siklopsiya kimi tanınan xromosom pozğunluğu diaqnozu qoyulan körpənin bir gözü alnının ortasındadır.
Onun da burnu yoxdur və beyninin iki lobu birləşərək tək lob əmələ gətirir. Belə deformasiya ilə bir neçə dəqiqə belə sağ qalması möcüzə olan körpə doğulduqdan ertəsi gün dünyasını dəyişib.
Qəribə görünüşlü körpə 2006-cı ildə Çarikotda dünyaya gəlib. Boyunsuz kuklanın başı bədəninin yuxarı hissəsinə batmış kimi görünür, qeyri-adi dərəcədə iri gözləri sözün əsl mənasında yuvalarından çıxır. Doğuşundan 1,5 saat sonra dünyasını dəyişən körpənin xəbəri ictimaiyyət arasında sürətlə yayılıb. Yüzlərlə insan onu görmək üçün xəstəxanaya axışıb. Polis izdihamı dayandırmalı olub.
2006-cı ildə Çində üç qol ilə dünyaya gələn Liu Jungienin üçüncü qolu da digər qolları kimi inkişaf edib. Həkimlər bunun çox nadir rastlandığını deyirlər. Əllərində əzələləri və ovucları olmayan körpə əlinin işləməsi üçün uzun müddət fiziki müalicə kursu keçməli olub.