“Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, turp immunitet sistemini gücləndirərək, xəstəliklərin qarşısını alır.
Xüsusilə, qışda tənəffüs yolu xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Yeməli tərəvəz kökü olan turp brokoli və gül kələminin aid olduğu kələmçiçəyikimilər fəsiləsindəndir. Qırmızı və qara rəngdən başqa bənövşəyi, sarı, çəhrayı və ağ kimi bir çox növləri var. C vitamini ilə zəngin olduğu üçün immunitet sistemini gücləndirməkdə təsirlidir. Soyuqdəymə, öskürək, bronxit kimi xəstəliklərin “dərmanıdır”.
Tərkibindəki yüksək lif sayəsində uzunmüddətli toxluq hissini təmin edir. Ona görə də çəki nəzarəti üçün idealdır. Qəbizliyə qarşı faydalıdır. Sözügedən problemdən əziyyət çəkənlər rahatlıqla yeyə bilərlər. Eyni zamanda tərkibindəki aktiv maddələr sayəsində xərçəngə qarşı qoruyucu effektə malikdir. Kaliumla zəngindir.
Təzə turp yemək vitamin və mineral qəbulunu daha çox təmin edir. Kəsiləndən dərhal sonra qəbul edilməsi tövsiyə olunur. Aldıqdan sonra bir neçə gün soyuducuda saxlaya bilərsiniz. Adıçəkilən tərəvəzi saxlamağın başqa bir yolu turşusunu qoymaqdır.