Qadınlarda saç tökülməsinin səbəbləri araşdırılıb və çıxış yolları göstərilib.
“Sherg.az” “Hürriyet.com.tr”yə istinadən xəbər verir ki, saç tökülməsindən çox əziyyət çəkən qadınlar müalicə almaqla bağlı vacib məlumatlara sahibdirlər. Əksər insan saç tökülməsini azaltmaq üçün onu ilıq su ilə yumaq, zərərli kimyəvi maddələrdən qorumaq, saç növünə xas məhsullardan istifadə etmək kimi informasiyalardan xəbərdardırlar. Sözügedən problem böyüyürsə, artıq mütəxəssisin iştirakı ilə müalicə üsullarının tətbiq edilməsi şərtdir. Qadınlarda saç tökülməsinin bir çox səbəbi var:
həddindən artıq stres, tiroid problemləri, gut müalicəsi zamanı qəbul edilən dərmanlar, qan təzyiqi preparatları, hormon dəyişikliyi, menopoz, doğuşa nəzarət həblərinin istifadəsi, dəddindən artıq A vitamini qəbul etmək, ciddi pəhriz, kifayət etməyən qidalanma, protein qəbulunun azalması, ani kilo itkisi, həddindən artıq E vitamini, B12 vitamini, Fol turşusu, həmçinin D vitamini, Omega-3, Omega-6 çatışmazlığı.
Qadınlarda saç tökülməsinin qarşısını almaq üçün bəzi tövsiyələr mövcuddur. Bu sahə üzrə mütəxəssis həkimlər də müəyyən məsləhətləri xəstələrinə çatdırırlar. Onlardan bir neçəsini qadınların diqqətinə çatdıraq. Əvvəla, sağlam pəhriz qaydaları tətbiq olunmalıdır. Yoqa da problemin aradan qaldırılmasına effektiv təsir göstərir. Meditasiya etmək də faydalıdır. Saçları ilıq su ilə yumaq tövsiyə olunur. İstidən, zərərli kimyəvi maddələrdən qorunmalıdır. Baş dərisini masaj etmək xeyirlidir. Eyni zamanda saçların bərpası üçün saç düzümü dəyişdirilə bilər.
Qeyd olunan tədbirlərlə yanaşı problemin kökünü kəsmək üçün qidalanma vərdişlərini dəyişdirmək də təsirlidir. Vitaminlər, minerallar və dəmirlə zəngin qidalardan istifadə etmək tövsiyə olunur.
İspanaq, balıq, portağal, pazı, qatıq, qoz, fındıq, toyuq, lobya, hinduşka və kök kimi qidalar köməyə çatır. Bundan başqa, təbii üsullar arasında lavanda, çay ağacı, zeytun yağlarından yararlanmaq da məsləhətlidir.