Sumağın FAYDALARI: Bunları edin, ağrılardan azad olun!

Sumağın faydaları açıqlanıb. 
“Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, yeməklərdə kifayət qədər tez-tez işlənən sumaq ləzzətli olduğu kimi, çox da xeyirlidir.
Sözügedən bitki toz və ya taxıl şəklində salatlarda, yeməklərdə, həmçinin çay içərkən istifadə olunur.
Sumaq qanda şəkəri tənzimləyir. Həmçinin qanda xolesterin səviyyəsinin aşağı düşməsinə kömək edərək, 2-ci tip şəkərli diabetin yaratdığı problemləri azaltmağa təsirlidir. Bəzi elmi araşdırmalar göstərir ki, ondan müntəzəm yararlanmaq bir çox xroniki xəstəliklərdən qoruyur. 

Sumağın tərkibində antioksidant var. Bu yolla bədəndə dolaşan sərbəst radikalları və oksidləşdirici stress səviyyəsini azaldır. Bu müsbət təsir sayəsində hüceyrələrin xərçəngə çevrilməsinin qarşısını alır. Eyni zamanda antioksidant təsiri ilə bir çox növdə xroniki, xüsusən də ürək-damar xəstəliklərinə tutulma ehtimalının əhəmiyyətli qarşısını alır. Qanda xolesterin və triqliseridlərin səviyyəsini azaltmağa kömək edir. 

Nəticədə koronar arteriya xəstəliklərindən qoruyur. Həmçinin iltihab əleyhinə xüsusiyyətə malikdir. Bədəndə görünə bilən yoluxucu xəstəliklər, xüsusilə qrip və soyuqdəyməyə qarşı mübarizə gücünü artırır. Qızdırmanı azaltmağa kömək edir. Tərkibində C vitamini bol olduğu üçün immunitet sistemini də gücləndirir. Eyni zamanda sumaq güclü sidikqovucudur. Yəni sidik yolları infeksiyalarının qarşısını almaqda effektivdir və yüksək təzyiqi aşağı salır.

Sumaq çayının hazırlanması: 1 stəkan qaynadılmış suya 1 çay qaşığı sumaq, 1 çubuq darçın və 2-3 ədəd mixək töküb, 4-5 dəqiqə dəmə qoyun. Gündə 1 - 2 stəkan qədər içmək olar.