Balqabağın faydaları, hansı dərdlərə dəva olduğu açıqlanıb.
“Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, balqabaq balqabaqkimilər fəsiləsinə aiddir. Sözügedən lifli meyvənin tərkibində kalium, kalsium, maqnezium, natrium və dəmir var. Balqabaqda eyni zamanda A, C və E vitaminləri mövcuddur. Bədəndəki infeksiyalarla mübarizə apararaq, immunitetə qarşı qorumaqda effektivdir.
Həmçinin göz və dəri sağlamlığına müsbət təsir göstərir. Xərçəngdən müdafiə edir. İmmun sisteminin yaxşılaşdırılmasında mühüm rol oynayır. Tərkibi C vitamini olduğu üçün yaraları tez sağaldır. Bundan əlavə, balqabaqda katarakt riskini azaltmağa kömək edən lutein və zeaksantin də var.
Qeyd edək ki, həzmə də kömək edir. Arıqlamaq istəyənlər üçün çox ən yaxşı qidadır. Xüsusilə, qəbizliyin qarşısını alır. Həzm sisteminin nizamlı işləməsini təmin edir.
Balqabağın tərkibindəki vitamin və mineralların itirilməsinin qarşısını almaq üçün qısa müddətə sobada və ya buxarda bişirilə bilər. Diabet xəstələri mütəxəssis nəzarəti altında faydalanmalıdır.
Yeməmişdən əvvəl uzun müddət istiyə məruz qalmamalıdır. Balqabaq deserti hazırlayarkən sağlamlığa faydası üçün şəkər yerinə bəhməz və ya bala üstünlük vermək olar.