E vitamininin faydaları, E vitamini çatışmazlığının əlamətləri açıqlanıb.
“Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, vitamin E müxtəlif formalı, yağda həll olunandır. Vitamin E-də alfa, beta, qamma və delta tokoferolları mövcuddur. Yemək və istiliyə davamlıdır, ona görə də bişiriləndə məhv olmur. Tərkibində E vitamini olan məhsulları yağda qızartmadan bişirmək və yemək daha məsləhətlidir.
Adıçəkilən vitamin ən vacib antioksidant olaraq, immunitet sistemini gücləndirməkdə təsirlidir. Beyin, göz, dəri və qan dövranı sisteminin sağlamlığı üçün zəruridir. Damar xəstəlikləri və xərçəngin qarşısını alır. Hüceyrələrin yenilənməsini təmin edərək, qocalmanı gecikdirir. Dəri yaralarının tez sağalmasını, dərinin parlaq görünüşünü və qırışların azalmasını təmin edir.
E vitamini ən çox bitki mənşəli yağlarda, qoz-fındıq, meyvə və tərəvəzlərdə olur. Bundan başqa, fısdıq, günəbaxan yağı, günəbaxan tumu, avokado, badam, çuğundur, göyərti, xiyar, balqabaq da sözügedən qidalar sırasına daxildir. E vitamini çatışmazlığı nadir hallarda görünən bir haldır. Sinir sistemində ağrı və ya neyropatiya kimi problemlərə səbəb ola bilər.