Limonlu suyun faydaları məlum olub.
“Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, gün ərzində, xüsusilə də, səhər limonlu su içmək immunitet sistemini gücləndirməkdə təsirlidir. Təzə limondan istifadə edərək, suya darçın, bal, zəncəfil və ya nanə qatmaq olar.
50 qram limondan çıxan suyun kalori dəyəri təxminən 12 kilokaloridir. Tərkibində 0,2 qr lif olan limon suyunda 1,13 qr meyvə şəkəri var.
Limonlu su içmək dəri hüceyrələrinin bərpasını dəstəkləyir. Ağızda əmələ gələn bakteriyaları təmizləyir. Qaraciyərin funksiyalarını tənzimləyir. Maddələr mübadiləsini müvəqqəti sürətləndirərək, kalori yandırmağa kömək edir. Bu üsul arıqlamağa yardımçı olur. Orqanizmi toksinlərdən təmizləməkdə effektivdir. Dırnaqların qırılmasının qarşısını alır. Qan təzyiqini aşağı salmağa imkan verir. Göz sağlamlığını qoruyur. Saçları gücləndirir. Qəbizliyi aradan qaldırır
Qeyd edək ki, limonlu su içməyin zərərləri də var. Diş minası zədələnir.
Həddindən artıq və diqqətsiz istifadə nəticəsində mədədə yanma və reflüks əmələ gəlir. Eyni zamanda dəmirin sorulmasına səbəb olur.