Mandarinin qabığı və suyunun faydaları açıqlanıb.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, mandarin C vitamini və güclü antioksidantlarla zəngin qış meyvəsidir. Tərkibində kalium və B kimi müxtəlif vitamin və minerallar da mövcuddur. Həmçinin qabıqları bir çox xəstəliklərə qarşı effektivdir. İmmunitet sistemini dəstəkləyir. Tərkibi yüksək liflərə malik olan mandarin həzm prosesini yaxşılaşdırır. Uzun müddət toxluq hissi verir. Çəkini nəzarətdə saxlamağa kömək edir. Eyni zamanda A vitamini ilə zəngin olduğu üçün göz sağlamlığını qoruyur. Sümüklərin inkişafını sürətləndirir. Əməliyyatdan sonrakı yaraları sağaldır. Soyuqdəymə kimi xəstəliklərə qarşı immuniteti dəstəkləyir. Ürək sağlamlığı üçün faydalıdır. Qan təzyiqini tənzimləyir. Dəriyə xeyirlidir, qocalmanı gecikdirir. Bu meyvənin qabığında bir çox antioksidant maddələr var.
Qeyd edək ki, mandarin şəkəri yüksək olan meyvələr sırasındadır. Xüsusilə, diabet xəstələri yeyərkən diqqətli olmalıdır. Turşu tərkiblidir. Bu səbəbdən daha çox qastrit kimi mədə xəstəlikləri olan şəxslər həddindən artıq istifadə etməli deyil. Əks halda mədədə narahatlıq yarada bilər. Həmçinin allergik insanlar və kiçik uşaqlarda səpgi kimi hallar baş verir.