Pomidorun faydaları məlum olub.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, pomidor badımcankimilər fəsiləsindəndir. Tərkibində dəmir, kalium, kalsium, fosfor mineralları və A, B, C vitaminləri mövcuddur. C vitamini ilə zəngin olduğu üçün pomidor immunitet sistemini gücləndirir. Qripə bənzər virus xəstəliklərdən qoruyur. Mədə və bağırsaqların nizamlı işləməsini təmin edir. Qəbizliyi aradan qaldırır. Xərçəng və ürək xəstəliklərin qarşı mübarizədə effektivdir. İnsult riskini minimuma endirir. Xolesterolu azaldır və yağ turşularını balanslaşdırır. Öd və böyrək daşlarını azaltmağa kömək edir.
Pomidorun tərkibindəki likopen ağciyər, uşaqlıq yolu, prostat, döş xərçənginə qarşı qoruyucu xüsusiyyətə malikdir. Kalorisi çox az olduğuna görə, pəhriz saxlayanların əvəzolunmaz tərəvəzidir. Dəriyə təravət bəxş edir.
Tərkibindəki likopendən faydalanmaq üçün qabığını soymadan yemək tövsiyə olunur.