Qozun faydaları açıqlanıb. "Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, sağlam yağ, zülal və lif mənbəyi olan qozun faydaları çoxdur. İlk növbədə kilo tarazlığını təmin edir.
Müntəzəm olaraq, yeyildikdə immunitet sistemini gücləndirir. Dəriyə parlaqlıq verir. Qırışların yaranmasının qarşısını alır. Qandakı melatonin səviyyəsini artıraraq, yuxu rejimini normallaşdırır.
Tərkibində maqnezium, sink, mis, dəmir, fosfor və bir sıra vitaminlər mövcuddur. Antioksidantların bolluğuna görə, yaşlanma ilə bağlı, həmçinin xərçəng və ürək-damar sistemi xəstəlikləri ilə mübarizə aparır.
Axşam saatlarında televizor qarşısında çips və ya şokolad yemək vərdişi olanlar daha sağlam qidalanmaq üçün qoz yeyə bilərlər. Eyni zamanda aclıq hissini azaldır.
İştahın qarşısını alır. Yüksək sağlam yağ tərkibinə görə, 100 qram qozda təxminən 674 kalori var.
Sağlam formada arıqlamaq və ilk növbədə, kaloriləri nəzarətdə saxlamaq üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8 bütöv qozdan çox istifadə etmək tövsiyə olunmur.