Günəş, hava çirkliliyi, stress kimi müxtəlif amillər dərinin korlanmasına səbəb olur.
“Sherg.az” “Hürriyet.com.tr”yə istinadən xəbər verir ki, bəzi qidalar bu problemin qarşısını almağa kömək edir.
Onlardan biri buğda toxumudur. Son araşdırma göstərir ki, E və C vitaminlərinin birləşməsi dərini ultrabənövşəyi şüaların zədələməsindən qoruyur. Yalnız iki xörək qaşığı buğda toxumunda E vitamininin gündəlik dəyərinin 15 faizi var. Dəri, dırnaq və saç sağlamlığınız üçün pəhrizinizə buğda toxumunu əlavə edə bilərsiniz.
Bundan başqa, iki xörək qaşığı günəbaxan yağı gündəlik tövsiyə olunan E vitamini miqdarının 45 faizini təmin edir. Hüceyrə membranlarını ultrabənövşəyi şüaların yaratdığı sərbəst radikal zərərlərdən müdafiədə təsirlidir. Günəş kremi xaricdən kömək edə bilsə də, günəbaxan yağı kimi E vitamini ilə zəngin qidalar hüceyrələri gücləndirməkdə effektivdir.
Bir fincan böyüklüyündə ananas isə gündəlik tövsiyə olunan C vitamini miqdarının 131 faizini ehtiva edir. Dəri sağlamlığında mühüm rol oynayır. Ultrabənövşəyi şüaların dəriyə zərərli təsirini azaldır. Sağalma və yara izlərini minimuma endirir.
Həmçinin bitki mənşəli protein üçün diet zamanı mərcimək köməyə çatır. Bu kimi rəngli paxlalılar zülal və dəmirin əsasını təşkil edir.
Qeyd edək ki, yumurta sarısı da saç və dırnaqların sağlam uzanması üçün faydalıdır.