Alimlər kabusun mahiyyətini açıqlayıblar.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, kabus hipnopompik iflicin tibbi ekvivalentidir. Yuxu zamanı və ya oyandıqdan dərhal sonra qısa müddətə hərəkət edə bilməməkdir. Bu xəstəliyin yaranmasının kökündə həm fiziki, həm də psixoloji faktorlar mövcuddur.
Yuxu iflicinin əsas əlaməti yuxu pozğunluğudur. Məlum səbəblə yuxu pozğunluğu olanlar, növbəli işçilər, depressiya keçirənlər, bəzi dərmanlardan istifadə edənlərdə belə hallar daha çox görülə bilər.
Yuxuda kabus görmək müalicə edilə bilən problemdir. Yuxu iflicinin müalicəsində yuxuya keçidi təmin edən, dərin yuxunun keyfiyyətini artıran dərmanlardan istifadə edilir. Belə hallarla qarşılaşan insanların sakit qalması və bu vəziyyətin müvəqqəti olduğunu bilməsi çox vacibdir.
Yalnız antidepresantlar yuxu pozğunluğunun müalicəsində istifadə edilmir. Lakin onlar əsas depressiyanı müalicə etdikləri üçün yuxu pozğunluğunu aradan qaldıra bilirlər.
Dərmanların təsiri insandan insana dəyişir. Bu səbəbdən heç bir dərmanı həkim məsləhəti və nəzarəti altında istifadə etmək olmaz.