Göz ağrısının səbəbləri məlum olub.
"Sherg.az" "HaberGlobal"-a istinadən xəbər verir ki, gözlər və ətrafında ağrılar çox vaxt sadəcə yorğunluğundan da yarana bilir. Lakin bəzən ciddi problemlərin əlaməti kimi özünü büruzə verir. Göz ağrısı ilə yanaşı qızartı, qanaxma, qaşınma, yanma, sancı və şişkinliklə müşayiət olunan narahatlıqlar varsa, mütləq oftalmoloqa müraciət etmək lazımdır.
Sinuzit və ya baş ağrısı gözlərə yayıla bilər. Ağrı gözlərdə travma, iltihab və infeksiya kimi səbəblərdən də ortaya çıxır. Xəstənin göz ağrısının dəqiq yerini təyin etməsi çətindir. Buna görə də həkim müayinəsi vacibdir. Ağrının mövcudluğu və görünən əlavə simptomlar xəstəliyin düzgün diaqnozuna kömək edir. Bəzən ağrı öz-özünə keçir, bəzi hallarda isə müalicə tələb olunur.
Gözdə yad cismin olması ağrı ilə nəticələnir. Ani başlayan ağrı, sancma, yanma və sulanma şikayətlərinə əlavə olaraq, bulanıq görmə və qızartı baş verir. Bu hallarda oftalmoloqa müraciət edilməlidir. Yad cismi oftalmoloq çıxarılmalıdır. Həkim nəzarəti olmadan çıxarmaq gözü daha çox zədələyə bilər.
Səbəblərdən biri konyunktivitdir. Yəni gözün selikli qişasının iltihabı baş verir. Mikrob, allergiya kimi amillərdən də yaranır. Bu hal gözün qızartısı ilə özünü göstərir. Belə olduqda xəstələrdə gözdə ağrıdan əlavə sancma, yanma, sulanma, gözə qum atılmış hissi, qaşınma kimi şikayətlər olur. Konyunktivit adətən, damcı müalicəsi ilə yaxşılaşır.
Bundan başqa, keratit isə mikrob kimi səbəblərdən buynuz qişanın iltihablaşmasıdır. Adətən, gigiyena qaydaları gözlənilmədən istifadə edilən kontakt linzalardan sonra özünü büruzə verir. Ona görə də hər gün linzaları taxıb, çıxarmaq, gigiyenaya diqqət yetirilməlidir. Hovuz və ya dənizdə üzərkən linzalar gözdə olmamalıdır.
Eyni zamanda qlaukoma göz daxili mayenin rahat xaric ola bilməməsi səbəbindən göz təzyiqinin artması nəticəsində baş verir. Şiddətli ağrı (göz partlaması), ürəkbulanma, qusma və baş ağrısı ilə özünü göstərir. Təcili müdaxilə tələb edən vəziyyətdir.
Həmçinin uveit də göz ağrısının olmasına gətirib, çıxarır. Bundan əlavə, işığa həssaslıq, görmə qabiliyyətinin itirilməsi və gözdə qızartı olan xəstələrdə özünü göstərir. Travma, infeksiya və ya immunitet sisteminin pozğunluqları səbəbindən baş verə bilər.
Göz sinirinin iltihabı (Optik nevrit) baş verən xəstələr ağrı, xüsusən də, göz hərəkəti ilə artan ağrı, bulanıq görmə və görmə qabiliyyətinin itirilməsi kimi əlamətlərlə həkimə müraciət edə bilərlər. Təcili müalicə tələb edən durumdur.
Göz yorğunluğu üçün bir sıra tövsiyələr mövcuddur. Göz ağrısının səbəbi xroniki göz yorğunluğundan qaynaqlanırsa, bəzi üsullar təsirlidir. Olduğumuz mühitdə işığın miqdarını artırmaq və ya azaltmaq gözləri rahatlaşdıra bilər. Uzun müddət monitorlara baxaraq işləyirsinizsə, qısa fasilələrlə gözləri bağlayıb, açmaq effektivdir.