Saç qurutmağın ən yaxşı yolları müəyyənləşdirilib.
"Sherg.az" "Hürriyet.com.tr"yə istinadən xəbər verir ki, mütəxəssislərin qənaətincə, saç qurutma "fenləri" yüksək istilik verdiyi üçün saçlara zərərlidir. Digər tərəfdən dəsmal ilə saçları sıxmağın çox da yaxşı üsul olmadığını vurğulayırlar.
Saç qulluğu zamanı iki qızıl qayda var: müntəzəm saç kəsimi və hər gün yuyulma. Amma qurutma hissəsi də baxımda iştirak edən vacib bir məqamdır. Mütəxəssislər hava fenlərindən mümkün qədər istifadə etməməyi tövsiyə edir. Əksər insan duşdan çıxdıqdan sonra saçları dəsmala bürüyür, hətta dəsmalla sıxırlar ki, artıq su getsin.
Lakin tədqiqatçılar düşünür ki, qurutmaq üçüb dəsmaldan istifadə etmək də çox yaxşı üsul deyil. Bu, saçların qırılmasına və hətta zəifləməsinə səbəb ola bilər.
Düzgün qurutmaq istəyiriksə, ilk növbədə, yaş saçınızdakı artıq nəmi çıxarmaq üçün qısa müddətə dəsmaldan kömək ala bilərsiniz. Burada əsas məsələ dəsmalı saça möhkəm sarmamaqdır. Boş bir şəkildə bürüyün. Bir neçə dəqiqə gözləyin ki, saçınızdakı artıq nəm udulsun. Yaş saçı daramaq çətindir və zədələnməyə səbəb ola bilər. Odur ki, daramadan əvvəl bir az qurumağa icazə verək.
Amma tələsirsinizsə və saçınızı tez qurutmaq istəyirsinizsə, saça krem tətbiq edin, feni çox isti olmayan bir rejimdə işlədin. Qurutma prosesi bitdikdən sonra saç "serum"u və ya qidalandırıcı yağ sürtməyi unutmayın.