İncik saçların "qəlbini" fəth etməyin yolları açıqlanıb.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, kişilərin bilmədiyi, amma qadınların çox məlumatlı olduğu bir həqiqət var: saçlar küsər və uzanmağı dayandırar.
İnsanlar bəzən saç tökülməsi problemi ilə qarşılaşa bilərlər. Müxtəlif səbəblər saçların uzanmağına əngəl törədir. Əslində bu, bir mesajdır. Deməli, saçların da qayğıya ehtiyacı var və özünü inciyərək ifadə edir.
Daimi baxım saçı yaxşı hiss etdirməyin ən vacib yollarından biridir.
Eyni zamanda saçların ucunu müntəzəm olaraq, kəsmək lazımdır. Bu da onu daha sağlam şəkildə uzanmasını təmin edir. Həmçinin yumurta ağının maskası da problemin aradan qaldırılması üçün effektivdir. Saça yumurta ağını çəkin və sonra "streçə" bürüyün.
Bir neçə saat gözlədikdən sonra saçınızı ilıq su ilə yuyun. Prosesdən sonra fərqi görəcəksiniz. Bundan başqa, gün ərzində saçı tez-tez daramaq lazımdır. Bu da saç köklərini stimullaşdıraraq, qan axını sürətləndirir. Nəticədə saçlar daha sağlam uzanır.
Qeyd edək ki, yağlar da saç üçün vacibdir. Lavanda, rozmarin yağlarından istifadə etmək olar.