Pandemiya Azərbaycanda bitmək üzrədir!

"Azərbaycanda COVİD-19-la bağlı statistik hesabatın həftədə bir dəfə verilməsi artıq pandemiyanın bitməsi və onun arxa plana keçməsinin göstəricisi, xəbərçisidir".

Bunu "Sherg.az"a infeksionist Mərdan Əliyev COVİD-19-la bağlı statistik hesabatın həftədə bir dəfə açıqlanmasından danışarkən deyib. Onun sözlərinə görə, hər gün statistik hesabatın verilməsi əlavə enerji sərfi, iş yüküdür:


"Statistikanın həftədə bir dəfə açıqlanması təbii ki, artıq pandemiyanın bitmə üzrə olduğunu göstərir. Bəzi ölkələrdə isə ümumiyyətlə, COVİD-19 statistikası verilmir. Biz də artıq hesabatın təqdim edilməsini azaltmağa doğru gedirik. İndi həftəlikdir, bir müddət sonra buna da ehtiyac qalmayacaq".

Qeyd edək ki, Azərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.