Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda küçəyə, zibil qutusuna 10-15 günlük uşağın səhhəti barədə açıqlama verib.
TƏBİB-dən "Sherg.az"ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:
"Vəziyyəti stabil olaraq qalır, göbəyi düşməyib. Götürülən analizlərin cavabları müsbətdir, əlavə analizlərin də götürülməsi nəzərdə tutulub".
Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib. Ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.