Sinə əməliyyatı süd vəzisinə ziyan vurur?  - Xanımların nəzərinə!

"Sinə nayihəsində estetik əməliyyatların edilməsi ana olmaq istəyən xanımlarda heç bir problem yarada bilməz. Qətiyyən əlaqəsi yoxdur".

Bunu "Sherg.az"a ginekoloq Ləman Əliyeva sinə əməliyyatının ana olmaq istəyənlərə ziyanın olub-olmasından danışarkən deyib. Həkimin sözlərinə görə, hazırda sinə əməliyyatını elə icra edirlər ki, süd vəzisinə heç bir ziyan dəymir:
"İmplant əzələnin altına qoyulur. İmplantsız belə əməliyyat edilsə, onun qadının sonradan ana olmağına heç bir ziyanı yoxdur".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva ana olmaq istəyənləri sinə əməliyyatından çəkinməyə çağırıb.