Rus qadınlarının gizli "qoz" formulası! Tükləri 30 dəqiqəyə yox edir

Səhər güzgüyə baxdığınız zaman bəzi arzuolunmaz tükləri gördünüzmü? Onlardan qurtarmaq üçün  ülgüc istifadə edərək və ya qoparmağa çalışmaq yaxşı bir üsul deyil. Bunun üçün rus qadınlarının uzun illərdir istifadə etdiyi üsul var. Sherg.az xarici mediaya istinadən resepti təqdim edir. 


 
İstər üzünüzdə, istərsə də bədəninizdə tüklər  həmişə problemdir. Çox fərqli üsullar arasından ən uyğununu tapan rus qadınları hər kəsin evində ola biləcək 2 materialla möcüzə yaradır.

Evinizdə bu 2 materialla arzuolunmaz tüklərinizdən xilas ola bilərsiniz. Lazım olan ilk material quru qoz qabığıdır.
Bir neçə quru qoz qabığı toplamaq lazımdır. Qoz qabıqlarını yandırıb külə çevirin. Asanlıqla dağıldıqlarına əmin olduqdan sonra onları toz halına gətirə bilərsiniz.
Tozu kiçik bir qaba qoyun və lazımi miqdarda su əlavə edin ki, maye  halına gətirə biləsiniz. İstifadə etməzdən əvvəl bu məcunu 12 saat saxlayın.

 
12 saatdan sonra istifadəyə hazır olacaq. Bu məcunu üzünüzün tük   problemi olan nahiyələrinə çəkin. Ən azı yarım saat silməyin, sonra isti su ilə yuyun və dərini qurudun.
Bu üsulu üç gün ərzində gündə üç dəfə tətbiq etməlisiniz. Görəcəksiniz ki, o, təkcə üzdəki tükləri aradan qaldırmır, həm də bir neçə ay ərzində yeni tüklərin  yaranmasının qarşısını alır.