Xiyar, pomidor tutmalarından da zəhərlənmələr çoxdur Allerqoloq

Qida zəhərlənmələrindən ən təhlükəsi konservləşdirilmiş məhsullardır

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.
Qəbul olunan xəstələrdən 64-ü dərmandan, 24-ü sirkə turşusundan, 8-i göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından, üçü allergik reaksiyadan, biri botulizm, dördü anafilaksiya səbəbindən, üçü isə ilan sancmasından zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.                                                                              
 
 Allerqoloq həkim Şahvələd Məmmədov  "Sherg.az"a  açıqlamasında bildirib ki, qida zəhərlənmələrindən ən təhlükəsi konservləşdirilmiş məhsullardan yaranır:        
“Yaxşı yuyulmamış xiyar, pomidor tutmalarından da zəhərlənmələr çoxdur. Hansı ki, onlarda otilizm dediyimiz infeksiya olur. Bu  çirkli yerlərdən qida məhsullarının üzərinə çökür. Bu da ağır zəhərlənmələrə səbəb olur. Dərman zəhərlənmələri isə özünə qəsd məqsədi ilə külli miqdarda həblərin qəbulu səbəbindən baş verir. Digəri isə kimyəvi faktorlardan olan zəhərlənmələrdir ki, təcili qastarizasiya tələb olunur. Ümumiyyətlə qida zəhərlənmələrinin  ev şəraitində qarşısını almaq məqsədə uyğun deyil. Əvvəllər sodalı su ilə məddənin yuyulma üsulu var idi. Ancaq hazırda bu vasitə yığışdırılıb" .