Portağal rəflərdə ən uzun müddət tapa biləcəyiniz meyvələrdən biri kimi önə çıxır. Dadı və qoxusu ilə hər kəsin bildiyi bu vitamin anbarı haqqında bilmədiyiniz çox şey var!
Portağalın C vitamini ilə zəngin olduğunu söyləmək real yanaşmadır. Bədənə qəbul edilməli olan C vitamininin gündəlik miqdarı qadınlar üçün 75 mq, kişilər üçün isə 90 mq-dır. Portağal gündəlik C vitamini ehtiyacınızı qarşılamaq üçün kifayətdir.
"Sherg.az" xəbər verir ki, portağal toxunulmazlığı gücləndirərək ürək sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, tənəffüs yolu xəstəlikləri və bəzi xərçəng növləri, revmatoid artrit, xora və böyrək daşlarına qarşı təsirlidir.
Həmçinin portağalın tərkibindəki B vitamini və fosfor sayəsində sinir sistemini gücləndirir.
Beləliklə, o, həm də fiziki yorğunluğu aradan qaldırmağa kömək edir. Bundan əlavə, portağal qaraciyəri gücləndirir, qanı təmizləyir və bədəndən zərərli toksinləri çıxarır.
Portağal suyu bağırsaqların işini tənzimləyir və bağırsaq tənbəlliyiniz varsa, bunu aradan qaldırır. Sidikqovucu xüsusiyyəti ilə qəbizliyi də müalicə edir. Qidaların həzmini sürətləndirən portağal suyu tərkibində şəkər əlavə edilmədikdə bağırsaqların ideal tarazlıqda işləməsini təmin edir. Problemlərinizdən qurtulmaq üçün pəhrizinizə mövsümi portağal və onların şirəsini daxil edin.
Portağal və portağal çiçəkləri gözəl faydaları ilə yanaşı, həm də sevginin simvoludur. Bundan əlavə, narıncı payızın və məhsul yığım vaxtının rəngidir. Pomelo və ya "Çin qreypfrutu" kimi də tanınan meyvə naringisinin hibrididir. Həmçinin, narıncı sözü Naranqanın sanskrit tərcüməsindən gəlir. Bu "ətirli" deməkdir.