"Son dövrlər panik atak ən geniş yayılmış xəstəliklərdən biridir. Karonovirus pandemiyasından sonra xəstəlikdən əziyyət çəkən pasiyentlərin sayı pik həddə çatıb”.
Bunu "Sherg.az"a açıqlamasında psixoloq Elmir Əkbər deyib.
Onun sözlərinə görə, xəstəliyin geniş vüsət almasının ən birinci səbəblərindən biri də doğru müalicənin aparılmamasıdır:
“Təəssüf ki,dələduz həkimlər öz sahələrinə aid olmadığı halda xəstələri yanlış yönləndirirlər. Panik atak, təşviş pozuntuları, depressiya, fobiyalar, ünsiyyət problemləri F kateqoriyasına aiddir. Yəni psixoloji pozuntuların siyahısındadır. Nevroloji xəstəliklər isə G kateqorisyasına daxildir. Bura parkinson, altsheymer xəstəlikləri aiddir. Həmin həkimlər pasiyentlərə elə dərmanlar yazırlar ki, narkotikə bənzər asılılıq yaradır. Pasiyentlər bizə müraciət edirlər ki, bu dərmanları qəbul etdikdən qısa müddət ərzində özümü yaxşı hiss etdim. Bir müddət sonra dərman effekt vermir. Dərmanı dayandırmaq vaxtı çatdıqda həmin xəstələr imtina edə bilmirlər. Norkaman kimi asılı vəziyyətə düşürlər. Çünki panik atakın ən vacib müalicə üsulu psixoterapiya seansıdır. İnsanlar bilməlidir ki, panik atak sancısı zamanı orqanizm ciddi zərər alır. Təəssüf ki, belə savadsız yanaşma nəticəsində pasiyentlər sağalmır, əksinə panik atakla yanaşı norkamaniyaya bənzər bir dərman asılılığı yaranır. Panik atak dioqnozunu psixoloq qoya bilməz. Çünki psixoloqun tibbi təhsili yoxdur. Bu xəstəliyin dioqnozunu həkim-psixoterapevt qoya bilər. Respublikamızda bu mütəxəsislərin sayı isə 1-2 nəfərdir.Ən azından dioqnozu həkim-psixiatr qoya bilər. Panik atak dioqnazı qoyulduqdan sonra psixoterapiya seansları alınmalıdır. Paralel olaraq ehtiyyac olarsa, cəmi 1 peraparatla müalicə aparılmalıdır".
Ekspert qeyd edib ki, bəzən 15-20 il bu xəstəlikdən əziyyət çəkən insanları müşahidə edirik:
“Onlar soruşurlar ki, tam və nə qədər vaxta sağala bilərəm? Belə ağır xəstəliklə uzunmüddət yaşayan şəxslər bilməlidir ki, onların müalicəsi çox çətin aparılacaq. İnsanı qəfildən dəhşətli qorxu, həyacan və təşviş bürüyür. Bu xəstələrə elə gəlir ki, özünə və yaxınlarının başına bədbəxt hadisə gələcək. Ölüm, infarkt,şüurunu itirmək qorxusu yaranır. Panik atak zamanı qana stress hormonları deyilən adrenalin,kortizol ifraz olunur ki, bunlar da insan orqanizmi üçün çox təhlükəlidir. Güclü ürək döyüntüsü,təzyiq yüksəlir, təngnəfəslik,boğulma hissi panik atakın əsas simptomlarındandır”.