AİB-sədri: əhali yerli yağlara üstünlük verməlidir

2023-cü ilin 10 ayı ərzində Azərbaycanda şirkətlər xaricdən xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.
Bu məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub. Sənəddə, eyni vəziyyətin xam qarğıdalı yağında da müşahidə edildiyi diqqətə çatdırılır. Belə ki, Azərbaycana xam qarğıdalı yağının bir tonu 2022-ci ilin ilk üç rübündə orta hesabla 1 586 dollara idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar təşkil edib. Bu, illik müqayisədə 5 faiz ucuzlaşma deməkdir.  Bundan əlavə, yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində də azalma müşahidə olunur. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 5,55 manata satılan günəbaxan yağının qiyməti, cari ilin müvafiq dövrünə 4,37 manata qədər 21 faizlik azalma yaşayıb. Qarğıdalı yağının qiyməti isə 11% aşağı düşüb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6,75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5,99 manata düşüb.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında “Azad İstehlakçılar İctimai Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, duru və günəbaxan yağları 3 kateqoriyyaya bölünür:

"Bu sıraya 1-ci, əla növ və premium markalı yağlar aiddir. Ölkənin əmtəə bazarında hər 3 növdə yağ növü var. Təəssüflər ki, premium növ yağlar çox azdır. Misal olaraq Rusiyada idxal olunan "sun palermo" premium markalı yağdır. Azad İstehlakçılar birliyinin tədqiqatı onu göstərir ki, MDB məkanı mövcud olan qiymətlərlə müqayisədə Azərbaycanda duru yağların qiyməti heç də yüksək deyil. Baxmayaraq ki, 2 il öncə Rusiya duru yağ bazarında qiymətləri qaldırdı. Lakin ölkədəki qiymətlərə təsir etmədi. Duru və günəbaxan yağları Azərbaycana digər növləri də xammal şəklində gətirilir, qablaşdırılır. Günəbaxan yağlarının əksəriyyəti xaricdən gətirilib ölkədə qablaşdırılan yağlardır. Günəbaxan yağlarında yerli istehsal çox kiçik səviyyədədir. Onu da qeyd edim ki, əhali yerli yağlara üstünlük verməlidir".