Ötən gecə Qaradağ rayonu Qobustan qəsəbəsində 12.07.2014-cü il təvəllüdlü Cahangirli Rinat Fərid oğlunun vəfatı ilə bağlı araşdırma aparılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.İlkin məlumata görə, R.Cahangirli bir neçə gün əvvəl qızılcaya yoluxub və ev şəraitində müalicəsinə başlanılıb. Ötən gecə Rinatın hərarəti kəskin yüksəldiyi üçün təcili tibbi yardım çağırılıb, lakin həkiməqədər ölüm qeydə alınıb.Qeyd edək ki, Rinat Cahangirli 195 saylı orta məktəbin 4-cü sinif şagirdi olub.
Bəs bu yeni bir epidemiyadanmı xəbər verir? Qızılca xəstəliyinin geniş yayılmasının qarşısını almaq üçün nə etməliyik?
Sualımıza cavab tapmaq üçün Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı ilə əalqə saxladıq.
O “Sherg.az”a xəstəliyi hər bir şəxsin keçirtməli olduğunu söyləyib:
“Ağır qızdırma ilə keçən bu xəstəlik daha çox uşaq yaşlarında müşahidə edilir. Yüngül keçirtmək üçün uşaq vaxtında peyvənd olunmaq vacibdir. Çox təəssüflər ki, uzun illərdir vaksinasiya ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşıb. Heç bir valideyn uşağını peyvənd etdirmək istəmir. Bunun da səbəbləri var. Çünki bu peyvəndlərdən sonra ölüm halları,yüksək qızdırma, ürək bulantısı müşahidə edilib. Bu səbəblərdən valideynlərdə peyvəndə qarşı antipatiya yaranıb. Xəstəliyin ilkin gedişatında dioqnozu qoymaq asan olur. Dioqnozu vaxtında düzgün qoymadıqda xəstəlik ağırlaşa bilər. Yoluxan şəxslər mütləq bol-bol maye qəbul etməli, səpkiləri qaşımamalı, meyvə-tərəvəz yeməli, yağlı və zülallı yeməklərdən uzaq durmalıdırlar. Təcrid olunmaq əsas şərtlərdən biridir. Bir sözlə, kollektiv yerlərdən kənarlaşmaq lazımdır. Xəstəlik 21 gündən sonra tam sağalır. Həkimə müraciət etməyərək vaxt itirmək olmaz. Bu xəstəliyin əsas fəsadlarından biri ağciyərlərə,bronxlara ciddi ziyan etməsidir. Kəskinləşdikdə bronxlarda qalınlaşma ,adi soyuqdəymə olduqda isə bronxitə bənzər əlamətlər üzə çıxır. İlk vaxtlar insanın ağızının içərisində yaranan poblik ləkələri onu göstərir ki,bu şəxsdə qızılca xəstəliyi var ".
Həkim qeyd edib ki, xəstəlik hər kəsə eyni cür təsir etmir:
“Əsasən də poliomelitə qarşı vurulan peyvəndlər daha əhəmiyyətlidir.Hətta,bu xəstəlikdən əl və ayaqlarda iflic yarana bilər. Alimlər,tədqiqatçılar uzunmüddət vaksinlər üzərində işləyib."Mən qızılcaya görə peyvənd olunmamışdım və çox da rahat keçdi" kimi fikirlərə aldanmayın. Çünki hər orqanizm individualdı. Hər bir insan eyni xəstəliyi fərqli tərzdə keçirir. Bir həkim kimi tövsiyyə edərdim ki, fizioloji xəstəliklərə qarşı vaksinasiya olunsunlar".