Appendisit şübhəsilə xəstəxanaya daxil olan şəxsin nadir hallarda akşarlanan xəstəliyə tutulduğu üzə çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, həmin pasiyent el arasında “vampir” kimi bilinən “porfiriya”ya yoluxub.
Həkimlərin fikrincə, bu xəstəlik il ərzində dünyada 10 milyonda bir nəfərdə aşkarlanır. Söhbət Gəncədə yaşayan 19 yaşlı qızdan gedir.
Məsələ ilə bağlı danışan professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, bu cür insanlarda vampirlərin həyat tərzi və mövcudluğuna bağlı oxşarlıq olduğuna görə sözügedən xəstəlik "vampir" adlanır:
"Bildiyimiz kimi vampirlər gecə həyatı sürür, günəşdən qaçırlar. Bu xəstələrdə yüksək həssaslıq olur,onlara günəş şüaları pis təsir edir. Dərilərində suluqlar yaranır, suluqlar isə dəridə capıqlar əmələ gətirir. Bu genetik bir xəstəlikdir. Hemoqlabinin (hem) hissəsinin sintezinin pozulması ilə əlaqəlidir. Bu pozulduğuna görə həmin məhsullar bədəndə parçalanır və toksik təsir göstərir. Ümumiyyətlə, müxtəlif səbəblərdən də kəskin porfiriya ola bilər. Toksik maddələr ki, bədəndə tromplaşır bu zaman qarında ağrılar baş verir. Xəstəliyin müalicəsi üçün qan köçürtmə etmək lazımdır. Gen mühəndisliyi ilə genlərin korreksiya olunması istiqamətində tətqiqatlar aparılır və uğurlarda var. Amma bir mənalı olaraq xəstəliyi aradan qaldırmaq mümkün deyil. Müalicə sistematik gedir."