Qarabağ müharibəsi veteranı Mehdi Babazadə TƏBİB nəzdində Respublika Müharibə Veteranları Xəstəxanasında müalicə alıb. Redaksiyamıza müraciət edən M.Babazadə xəstəxanada qarşılaşdığı diqqət və qayğıya görə xəstəxana rəhbərliyinə, həkimlərə, tibb bacılarına təşəkkür etməyi özünə borc bildiyini dedi. Qeyd edək ki, Teymur Quliyevin adını daşıyan xəstəxana Bakının Mərdəkan qəsəbəsində, Baba Əliyev küçəsində yerləşir. Bu xəstəxanada müharibə veteranları bütün lazımi müayinələrdən keçirilir və onlar müalicə-profilaktikaya cəlb olunurlar.
“Bu xəstəxanada Qarabağ müharibəsi veteranları müalicə alır. Xəstəxananın Nevrologiya şöbəsində çalışan tibbi personal və şöbə müdiri Natella xanım Əsgərova müharibə veteranları ilə elə bir münasibət yaradıb ki, xəstəxananaya gələn hər bir müraribə veteranı ona xüsusi hörmət edir. Hər kəs onun təyin etdiyi müalicə kursundan sonra evlərinə çox razı halda geri dönürlər. Xəstəxananın tibb bacıları, yeməkxana personalı müharibə veteranlarına çox qayğı göstərirlər. Gözəl insan və həkim olan Nailə Nəbizadə, yenə də tibb personalından Yeganə Əliyeva, Nərgiz Əlizadə, Lalə Axundova, Zülfiyyə Dadaşova, Sevda Paşayeva, fizioterapiya şöbəsindən tibb bacıları Mətanət Əliyeva, Şəlalə Babaşova, Aygün Ruhullayeva lazım olan diqqəti və qayğını əsirgəmirlər. Onlar hər bir xəstəxana personalına örnəkdirlər”, söyləyən M.Babazadə başda Nevrologiya şöbəsinin müdiri Natella Həsən qızı Əsgərova olmaqla, həkim Nailə Nəbizadəyə, onlarla birlikdə həm bu şöbənin, həm də fizioterapiya şöbəsinin tibb bacıları və bütün personalına (ümumilikdə 25 nəfər) dərin təşəkkürünü bildirdi.