Xüsusi elektrik sobada hazırlanan qrillər dönər, hot-doqdan da zərərlidir.
Kanzass universitetinin alimləri qrilin hansı xərçəng növü yaratdığını araşdırıb.
Məlum olub ki, xərçəng yaradan kanserogen maddə bekon və qrildə eynidir.
Əksinə zərərli hesab edilən hot doqlar daha faydalıdır, çünki o daha aşağı temperaturda hazırlanır və geterosiklik aminlər onda daha azdır.
Kolnhasada aninlər 0,05 nq, sosisdə 0,5 nnq-dir. Toyuq qrilində bu miqdar 1,9 nq-ə çatır. Bu isə normadan 2 dəfə çoxdur.
Xüsusən qrilin dərisi, səthi bu maddələrlə dolur.
Ona görə alimlər qril yeməyi tövsiyə etmir. Qrildən başqa digər qidalarla da biz az qala hər gün bu aminləri qəbul edirik. Qril daha çox süd vəzi, bağırsaq, mədəaltı vəz və mədə xərçənginə səbəb olur.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az"a bildirib ki, mikrodalğalı soba deyilən xırda dalğalı sobalarda hazırlanan qidalar orqanizm üçün təhlükə mənbəyidir:
“Qidaları tez qızdırmaq, hazırlamaq üçün şadlıq evlərində müxtəlif restoran və kafelərdə sobalardan geniş istifadə olunur. Bununla bağlı bir ölçü götürülməlidir. Ümumiyyətlə yağın həddən artıq yanması, yüksək temperatura məruz qalması onda müxtəlif kanseregen maddələrin əmələ gəlməsinə səbəb olur. Bu cür qidalarda isə kanseregen effekti müşahidə edilir. Həmçinin evdə də yağı həddən artıq istifadə etdikdə, çox qızartdıqda və ondan təkrar istifadə etdikdə bu təhlükəli hal baş verir. Mümkün qədər yağda qızardılmış qidalardan, fast foodlardan və sobalarda hazırlanmış yeməklərdən çəkinmək lazımdır. İnsanlar biraz nəfsinə nəzarət etməlidir. Çalışmalıdırlar ki, bədəni bu cür kanseregen və zərərli maddələr ilə yükləməsinlər. Bizim kənardan aldığımız su, qida, dərman və havada kifayət qədər ekotoksiklər var. Bunların hər biri də orqanizmə zərərli şəkildə yayılır. Bu gün isə xəstəliklərində dinamikası dayanmadan artır”.