Antivaksin təbliğatı: Uşaqları qızılcadan qorumaq üçün nə etməli? -ŞƏRH

Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağırlaşan A. Qarayeva Bakıya aparılarkən yolda ölüb.

Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, valideynlər bir müddət uşaqları Dünya Səhiyyə Təşkilatı və UNİCEF-in Milli Peyvənd təvqimindən yayındırdılar:


“Koronavirus dövründə antivaksin təbliğatı vüsət aldı. Beləliklə Milli Peyvənd təqvimi zərurəti arxa plana keçdi. Xeyli müddət uşaqlar vaksinsiz qaldı. Qızılca, difteriya, göy öskürək və skarlatina zamanında kütləvi insan tələfatına səbəb olan xəstəliklər olub. Milli peyvənd təqvimi ilə zamanında xeyli yoluxucu xəstəliklərin qarşısını almaq və uşaqların həyatını qorumaq üçün bu profilaktik tədbirlər dünyada həyata keçirilir. Bu təvqimdən yayınmaq lazım deyil. Hazırda molekulyar biologiyanın ən müasir nailiyyəti ilə artıq 6 adda vaksin 1 şprisdə yerləşdirilir. Buna Heksaksin və heksavaksin deyilir. Bunun tərkibində 6 ədəd xəstəliyə qarşı qorunma immunitet imkanı var. Bu cür asanlaşma ondan ibarətdir ki, valideynlər vaksinasiyadan yayınmasın, uşaqlar zamanında vaksin olunsun və bu infeksiyon xəstəliklərdən qorunsunlar. Antivaksin təbliğatı bu gün dünyada insan sağlamlığını təhdid edən 10 amildən biri hesab edilir və buna qarşı ciddi mübarizə aparılmalıdır”.