Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xüsusi qrup əhali üçün sünnət aksiyası keçirilib.
Aksiyada şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları iştirak ediblər. Aksiyada 50 uşaq sünnət olunub.
Əməliyyat 1-10 yaş arasında olan uşaqlar üzərində aparılıb.
Daha sonra sünnət olunan uşaqların hər birinə Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən hədiyyələr təqdim olunub.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, hazırda HIV və hepatit viruslarının kifayət qədər geniş yayıldığı bir zamanda istənilən tibbi prosedurun xəstəxanada həyata keçirilməsi çox mühümdür:
“Stasionarda antiviral dərmanlar ilə alətlər, materiallar, sterilizasiya olunur sonra aktaklava verilir. Hazırda alətlərin müasir üsul ilə sterilizasiya olmasının yeganə yolu stasionardır. Əvvələr bu cür infeksiyalar yox idi. Lakin ara həkimlər yəni dəlləklər bu cür prosedurları həyata keçirəndə müxtəlif infeksiyalar yayılır. Hazırda bu çox təhlükəlidir. Bu cür prosedurlar, keçirilmə yerindən asılı olmayaraq xəstəxanada olmalıdır. Ən azı bu cür təsadüfi yoluxmalardan qorunmaq üçün. İstənilən halda stomotoloji, ginekoloji, cərrahi kabinetlərdə ambulator yardım göstərilən mütəmadi yoxlamalar aparılmalıdır. Alətlərin adekvat optimal dezinfeksiya olunub-olmaması dəqiqləşdirilməlidir. Bu məsələyə yoxlama artdıqca məsuliyyət də artacaq. Hesab edirəm ki, bu cür aksiyaların stasionarda keçirilməsi məqsədə uyğundur. Humanitar aksiyaları keçirmək lazımdır. Cəmiyyətdə nə qədər mərhəmət hissi yüksək olarsa bu cür aksiyalar və hadisələr çox olar.”